Leyen Kiyevə səfər edəcəkbackend

Leyen Kiyevə səfər edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen fevralın əvvəlində Ukraynaya səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Leyen İsveç Baş naziri Ulf Kristersson ilə birlikdə keçirdiyi mətbuat konfransında məlumat verib.

Səfər zamanı Ukraynanın Avropa İttifaqına daxil olması məsələsi müzakirə ediləcək.

“Avropa Komissiyasının İdarə Heyəti fevralın əvvəlində Kiyevə səfər edəcək, biz Ukrayna hökuməti ilə bu görüşdə Avropa İttifaqına daxil olmağa hazırlıqla bağlı bütün sənədləri müzakirə edə biləcəyik”, – xanım fon der Leyen deyib.

Xatırladaq ki, fevralın 3-də Kiyevdə Aİ-Ukrayna sammiti keçiriləcək. AK rəhbəri 27 Avropa komissarının hamısının Kiyevə gedib-getməyəcəyini açıqlamayıb.