Leyendən Azərbaycana çağırış: Bu öhdəliyə qoşulun!backend

Leyendən Azərbaycana çağırış: Bu öhdəliyə qoşulun!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Azərbaycanı hazırda 119 ölkə tərəfindən dəstəklənən qlobal metan öhdəliyinə qoşulmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bunu Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündən sonra deyib.

“Azərbaycanla təbii qaz sahəsində əməkdaşlığımız iqlimlə bağlı öhdəliklərimizə uyğun olmalıdır. Buraya, məsələn, metan emissiyaları daxildir. Memorandumumuz bütün təbii qaz təchizatı zəncirində metan emissiyalarının azaldılması öhdəliyini müəyyən edir”, – Leyen vurğulayıb.

O əlavə edib ki, Azərbaycan bu sahədə böyük irəliləyiş əldə edib və onun təqdim edə biləcəyi çox şey var.