Leyla Abdullayeva “Le Monde”nin cavabını verdibackend

Leyla Abdullayeva “Le Monde”nin cavabını verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Xankəndi-Laçın yolundakı etiraz aksiyası ilə bağlı həqiqəti əks etdirməyən məlumatlar dərc edən Fransanın “Le Monde” qəzetini tənqid edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə diplomat tviter hesabında yazıb.

“Le Monde” gözünü aç!

– Şuşa-Xankəndi yolu dinc etirazçılar tərəfindən bağlanmayıb, bütün mülki nəqliyyat azad şəkildə hərəkət edir;

– Halbuki Naxçıvan Ermənistana görə Azərbaycandan 30 ildir ki, ayrı düşüb (yol bağlanıb)”, – səfir paylaşımında qeyd edib.