Leyla Abdullayevanı XİN-də o əvəz edəcəkbackend

Leyla Abdullayevanı XİN-də o əvəz edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi, Azərbaycanın Fransada yeni fövqəladə və səlahiyyətli səfiri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncam imzalayıb.

Sərəncama əsasən, Leyla Yaşar qızı Abdullayeva Azərbaycanın Fransada fövqəladə və səlahiyyətli səfiri təyin olunub.

41 yaşlı L. Abdullayeva 2018-ci ildən bu günə qədər Azərbaycan XİN-in Mətbuat xidməti idarəsinin rəisi vəzifəsində çalışıb.

NOCOMMENT xəbər verir ki, modern-in əldə etdiyi məlumata görə, XİN-in mətbuat katibi vəzifəsi Ayxan Hacızadəyə həvalə edilib.

O, bundan öncə Azərbaycanın ABŞ-dəki Səfirliyinin müşaviri vəzifəsində işləyib.

A.Hacızadə artıq bir müddətdir ki, XİN-in mətbuat xidmətində işə başlayıb və nazir Ceyhun Bayramovun bəzi rəsmi qəbullarında iştirak edib.