Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə uşaq evində olublarbackend

Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə uşaq evində olublar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Leyla Əliyeva və Alyona Əliyeva Gəncədə 4 nömrəli uşaq evində olublar.

NOCOMMENT.az xəbər verir ki, ziyarət zamanı uşaq evinin fəaliyyəti barədə ətraflı məlumat verilib. Bildirilib ki, 4 nömrəli uşaq evi valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş 3-18 yaş arası uşaqlara xidmət göstərir. Hazırda uşaq evinin 64 sakini var. Onlara sosial-məişət, sosial-psixoloji, tibbi-sosial, sosial-pedaqoji və sosial-hüquqi xidmətlər göstərilir.

Qeyd olunub ki, müəssisə 2012-ci ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə təmir olunub. Fond uşaq evinin sakinlərini daim diqqətdə saxlayır, burada mütəmadi olaraq şənliklər, əyləncəli tədbirlər təşkil edilir.\\AZƏRTAC