Ləzzət-də ləzzətdən əsər-əlamət yoxdurbackend

Ləzzət-də ləzzətdən əsər-əlamət yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakıda vətəndaş “Ləzzət” Kulinariya evindən şikayətçidir.

NOCOMMENT xəbər verir ki, bu barədə bakupost-a müraciət edən Ruhiyyə Daşsalahlı həmin məkanda qida məhsullarının dəzgahlarda açıq şəkildə sərgiləndiyini və satışının həyata keçirildiyini bildirib: “Digər şirniyyat mağazalarında olduğu kimi, şüşə örtük altında olmaması şirniyyatları sağlamlıq üçün təhlükə mənbəyinə çevirir. Dəzgah qarşısında dayanan müştərilər satıcılarla danışır, məhsulun qiymətini, təzəliyini, tərkibini və s. müzakirə edirlər. Alıcılar qida məhsullarına toxunmaqdan çəkinmirlər”.

Qeyd edək ki, iddiaları əks etdirən şikayət əsasında Qida Təhlükəsizliyi Agentliyi “Ləzzət” Kulinariya evində plandankənar yoxlama aparıb və söylənənlər təsdiqini tapıb.

“Ləzzət ”də qida təhlükəsizliyi sahəsində normativ-hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.

H.Zərdabi küçəsində yerləşən mağazasında aparılan yoxlamanın nəticəsi olaraq qida obyektinin rəhbərinə və işçilərə “Yeyinti məhsulları haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” ölkə qanunlarının və qida təhlükəsizliyi sahısində texniki normativ aktların tələbləri izah olunub.

Vəzifəli şəxsin barəsində inzibati xəta haqqında protokol tərtib edilib. Kritik nəzarət nöqtələri üzrə risk qiymətləndirilməsi aparılıb və qeyd edilən nöqsanların aradan qaldırılmasıyla bağlı icrası məcburi göstərişlər verilib.