Liftdə ölüm hadisəsinin təfərrüatı məlum olub – VİDEObackend

Liftdə ölüm hadisəsinin təfərrüatı məlum olub – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nərimanov rayonu, Müzəffər Nərimanov küçəsi, “Çinar” soyuducu zavodunun binasının liftində bədbəxt hadisə baş verib.

NOCOMMENT.az xezerxeber.az-a istinadən xəbər verir ki, 36 yaşlı Ruslan Rahim oğlu Əliyev liftlə aşağı düşmək istəyib.

Liftə daxil olan zaman şaxtaya yıxılıb. O, xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Sözügedən zavodda sexi olan Qorxmaz İbrahimxəlilov deyib ki, hadisə liftin nasazlığı səbəbindən baş verib.

Onun sözlərinə görə, həmin şəxs onun yanına gəlib. Deyir ki, saytlarda və sosial şəbəkələrdə yayılan xəbərlər yanlışdır. Ölən şəxs nə həmin yerin, nə də lift idarəsinin işçisidir.

İcarədar deyib ki, dəfələrlə liftin nasaz olması ilə bağlı müəssisəyə məlumat verilib.

Hadisə ilə bağlı zavodun rəhbərliyi ilə əlaqə yaratmağa çalışdıq.

Müəssisənin sədr müavini Akif Əliyev bildirdi ki, zavodun liftlərində heç bir nasazlıq olmayıb. Əlavə etdi ki, baş verənləri saytlardan öyrənib, məsələdən xəbərdar olmayıb.

Məlumat üçün bildirək ki, Ağdaş rayon sakini 1989-cu il təvəllüdlü Ruslan Əliyev ailəli olub. İki övladı var imiş.

Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda araşdırma aparılır.