Limonlu suyun faydalarıbackend

Limonlu suyun faydaları

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Limonlu suyun insan orqanizmi üçün xeyirli olduğu çoxlarına bəlli olsa da bu içkinin əsasən hansı faydaları var?

NOCOMMENT.az bu sehirli içkinin 8 faydasını araşdıraraq sizlərə təqdim edir :

Dərinizi təmizləyir. Su içmək bədəni toksinlərdən azad edir. Limonlu su isə tərkibindəki C vitamini sayəsində qandakı toksinləri təmizləyir. Eyni zamanda dəridə olan qızartıları və incə xəttləri aradan qaldırır.

Mədəni sakitləşdirir.

Limonlu su metabolizmanızı gücləndirərək bədəndə olan şişkinliklərdən və artıq çəkidən azad olmağınıza kömək edər.

Limon antibakteriyal özəlliyə sahib olduğundan sinə infeksiyalarını azaldaraq öskürəkdən qurtara bilir.

Tərkibində olan kalium depresiyadan azad olmağa və unutqanlığa müsbət təsir edir.

Limonlu su PH səviyyənizi stabilləşdirdiyi üçün siz bir çox xəstəliklərdən qurtula bilərsiniz. Tərkibindəki kalium qan təzyiqinizi sabitləşdirir, eyni zamanda soyuqdəymə ilə mübarizə aparır.

Siqaret və bəzi yeməklərdən sonra yaranan pis qoxunun aradan qalxmasına kömək edir və nəfəsinizi təravətləndirir.

Günortadan sonra enerji itirirsinizsə limonlu suya üstünlük verməlisiniz. Limon beynin aktiv işləməsinə kömək edir.

Mütəxəssislər özünüzü yaxşı hiss etməyiniz üçün gün ərzində biləklərinizə limon yağı sürtüb yüngül  massaj etməyinizi məsləhət görür.