Lionel Messinin yeni komandası bəlli oldu!backend

Lionel Messinin yeni komandası bəlli oldu!  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Argentina millisi ilə dünya çempionatında mübarizə aparan Lionel Messi üçün flaş transfer iddiası gündəmə gəlib.

NOCOMMENT.az xəbər verir ki, “Times”in məlumatına görə, argentinalı ulduzun MLS komandaları “İnter Mayami” ilə müqavilə imzalamağa yaxın olduğu qeyd edilib.

Messinin atacağı imza ilə MLS tarixində ən çox maaş alan futbolçu olacağı bildirilir.

Messinin Mayamidə evi olması və burada ailəsi ilə birlikdə istirahət etməkdən həzz alması onun “İnter Mayami”yə transferi üçün vacib amillərdən biri kimi göstərilib.

Qeyd edək ki, 35 yaşlı futbolçu ötən il İspaniya mətbuatına verdiyi müsahibədə ABŞ-da oynamaq fikrində olduğunu da bildirmişdi.

Digər tərəfdən Messinin PSJ ilə müqaviləsinin mövsümün sonunda bitəcəyi xatırladılarkən, Fransa komandasının ulduz futbolçunu komandada saxlamaq üçün çalışacaqlarını bildiriliblər.

Jalə Bədirova

NOCOMMENT.az