Lisey və gimnaziyalara qəbul imtahanı üzrə 289 şagirdin nəticəsi yenidən ləğv edilibbackend

Lisey və gimnaziyalara qəbul imtahanı üzrə 289 şagirdin nəticəsi yenidən ləğv edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Lisey və gimnaziyalara keçirilən mərkəzləşdirilmiş qəbul imtahanlarının nəticələrinin təhlili zamanı müəyyən olunan uyğunsuzluqların əlavə araşdırılması davam etdirilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə APA-ya Təhsil İnstitutunun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, bu məqsədlə ARTİ-də xüsusi komissiya yaradılıb və komissiya tərəfindən ilkin olaraq nəticələrində uyğunsuzluq müşahidə edilən şagirdlərin əlavə qiymətləndirilməsi həyata keçirilib.

Sözügedən komissiya tərəfindən 14–18 iyul tarixlərində valideynlərlə görüşlər təşkil edilmiş, ümumilikdə 343 şagird əlavə qiymətləndirməyə cəlb olunub. Təkrar qiymətləndirmə zamanı şagirdlərə əsas imtahanda təqdim edilmiş suallarla eyni və ya oxşar səviyyədə bilik, bacarıq və səriştələri ölçən tapşırıqlar verilib.

Əlavə qiymətləndirmənin nəticələrinə əsasən, 54 şagirdin imtahan nəticələri bərpa edilib, 289 şagirdin nəticələri isə əsas imtahan nəticələri ilə ciddi uyğunsuzluq təşkil etdiyi üçün ləğv olunub. Bu barədə məlumat yaxın günlərdə şagirdlərin şəxsi kabinetlərində yerləşdiriləcək. Ümumilikdə lisey və gimnaziyalara qəbul imtahanında 26619 şagird iştirak edib.

Qeyd edək ki, nəticələrdə aşkar edilmiş uyğunsuzluqların araşdırılması komissiya tərəfindən sistemli və şəffaf şəkildə davam etdirilir.