Lisey və gimnaziyalara qəbul üçün – Yeniliklərbackend

Lisey və gimnaziyalara qəbul üçün – Yeniliklər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu il lisey və gimnaziyalara qəbul qaydalarında dəyişiklik edilib.

NOCOMMENT.az Report-a istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin lisey, gimnaziya və özəl ümumi təhsil müəssisələri ilə iş sektorunun müdiri Fuad Qarayev deyib.

Sektor müdiri qeyd edib ki, şagirdlər lisey üçün yox, imtahan üçün qeydiyyatdan keçəcəklər:

“İmtahanda müvafiq bala uyğun olaraq lisey və gimnaziya seçə biləcəklər. Bu zaman şagird bir yox, bir neçə lisey və gimnaziya seçə biləcək. Onun balı hansı lisey və gimnaziyaya müvafiq olacaqsa, ora yerləşdiriləcək”.

F.Qarayev əlavə edib ki, fənlər üzrə suallar tədris müddətində keçirilən proqramdan kənar olmayacaq:

“Qəbul imtahanı 6,7,8 və 9-cu siniflər üzrə aparılacaq”.