Litva Belarusdan 120 milyon avro təzminat istədibackend

Litva Belarusdan 120 milyon avro təzminat istədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvanın xarici işlər naziri Qabrielius Landsberqis Belarusu bir çox bölgədən minlərlə insanın qeyri-qanuni miqrasiyasını təşkil etməkdə günahlandıraraq, 120 milyon avro təzminat tələb etdiklərini bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Landsbergis “Twitter” hesabından açıqlama verib.

Xarici İşlər naziri hüquqi prosesin Litvanın ədliyyə naziri Evelina Dobrovolska tərəfindən başladıldığını bildirib.

Dobrovolska həmçinin “Twitter” hesabında 2021-ci ildən bəri Belarusdan Litvaya keçib Avropa İttifaqına (Aİ) daxil olmaq istəyən qeyri-qanuni miqrantların sayının artdığnı da açıqlayıb.

Belarus tələbi qəbul etməsə, Litva Beynəlxalq Məhkəməyə müraciət edəcək deyə o qeyd edib.

NOCOMMENT.AZ