Litva BMT baş katibinin istefasına mane olmaq istəmədiyini bəyan edibbackend

Litva BMT baş katibinin istefasına mane olmaq istəmədiyini bəyan edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva BMT-nin baş katibi Antonio Quterreş istefa vermək qərarına gəlsə, onu fikrindən daşındırmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Qabrielius Landsberqis “X” sosial şəbəkəsində bildirib.

“Antonio Quterreş istefa vermək qərarına gəlsə, Litva onu bundan çəkindirməyə çalışmayacaq”, – deyə o vurğulayıb.

BMT-nin baş katibi Antonio Quterreş oktyabrın 23-də BRİKS sammitində iştirak etmək üçün Kazana gəlib. Onu hava limanında Tatarıstan Dövlət Şurasının sədri Fərid Muxametşin qarşılayıb.

BMT-nin baş katibi Rusiya prezidenti Vladimir Putinlə də görüşüb. Onun Rusiya lideri ilə Ukraynadakı münaqişənin BMT Nizamnaməsi əsasında həlli ilə bağlı mövqeyini müzakirə etməyi planlaşdırdığı bildirilib.