Litva hökuməti 158 qeyri-qanuni miqrantı qəbul etməmək üçün 3 milyon avrodan çox ödəməyə hazırdır.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Baltikyanı respublikanın daxili işlər naziri Vladislav Kondratoviç bildirib.
“Litva üçün bu pulu ödəmək daha təhlükəsizdir, lakin ilk növbədə bunu Maliyyə Nazirliyi ilə müzakirə etmək lazımdır”, – TASS onun sözlərindən sitat gətirir.
Kondratoviç həmçinin bəyan edib ki, ölkənin təhlükəsizliyinin “öz qiyməti var”.