Litvanın iki nazirliyinin rəhbərləri ölkədə dronların düşməsi ilə bağlı hallardan sonra, respublikanın hava hücumundan müdafiəsinin gücləndirilməsi üçün NATO-nun baş katibi Mark Rutteyə müraciət edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Kestutis Budris sosial şəbəkə X-də məlumat verib.
“Bu gün Litvanın müdafiə naziri Dovile Şakalene ilə birlikdə NATO baş katibinə birgə məktub göndərdik. Məktubda Litvada hava hücumundan müdafiə imkanlarının dərhal gücləndirilməsi üçün tədbir görülməsinə çağırış etdik,” — deyə Budris bildirib.