Litva Prezidenti Qitanas Nauseda Baş nazir Qintautas Paluçkasa respublika Nazirlər Kabinetinin rəhbəri postunda gələcəyi ilə bağlı qərar vermək üçün iki həftə vaxt verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Prezidentin müşaviri Frederikas Yansonas məlumat verib.
“Prezident baş nazirdən gələn iki həftə ərzində ictimaiyyətin suallarına əsaslandırılmış şəkildə cavab verməyi və ya ümumilikdə postunda qalmaq imkanını nəzərdən keçirməyi xahiş edib”, – deyə Yansonas bildirib.