Litva Prezidenti: Rusiyanın nüvə şantajı davam edirbackend

Litva Prezidenti: Rusiyanın nüvə şantajı davam edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva prezidenti Gitanas Nauseda Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını tənqid edərək, “Rusiyanın nüvə şantajı davam edir” deyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Litva prezidenti öz “Twitter” hesabında münasibət bildirib.

Rusiyanın beynəlxalq müqavilələrə məhəl qoymadığını ifadə edən Nauseda, “Rusiyanın nüvə şantajı davam edir. Nüvə fəlakətinə səbəb olmadan hücum edən şəxs dayandırılmalıdır” dedi.

Martın 25-də Rusiya prezidenti Putin Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini açıqlayıb.

NOCOMMENT.AZ