Litva prezidenti Qitanas Nauseda Brüsseldə keçirilən Aİ sammitində Ukraynadakı münaqişənin 2028-ci ilə qədər başa çatmayacağını bəyan edib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Life nəşri məlumat yayıb.
“Ümid edirəm ki, Ukraynada müharibə Avropa İttifaqının növbəti çoxillik büdcə dövrünə qədər həllini tapacaq”, — deyə Litva lideri bildirib.
Qeyd edək ki, Aİ-nin növbəti çoxillik büdcəsi yalnız 2028-ci ildə qəbul ediləcək. Nausedanın sözlərinə görə, hazırda münaqişənin yaxın zamanda sona çatacağına dair nikbinlik yoxdur.
Ukrayna münaqişəsinə son qoymaq perspektivlərindən danışan Litva Respublikasının rəhbəri həmçinin bildirib ki, o, “tunelin sonunda işıq görmür”.
O qeyd edib ki, Qərb Rusiyaya qarşı daha bir 18-ci sanksiyalar paketini təqdim etməlidir, çünki Moskva Ukrayna ilə sülh danışıqları məsələsində irəliləməyə “heç bir istək göstərmir”.