Litva: Priqojinin ölümü təhlükəsizlik vəziyyətini dəyişdirmədibackend

Litva: Priqojinin ölümü təhlükəsizlik vəziyyətini dəyişdirmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva prezidenti Gitanas Nauseda Tverdə qəzaya uğrayan və 10 nəfərin həyatını itirdiyi şəxsi təyyarədə Vaqnerin qurucusu Yevgeni Priqojinin olmasının heç nəyi dəyişmədiyini, ölkədə təhlükəsizlik vəziyyətinin yaxşılaşmadığını deyib.

NOCOMMENT.az xəbər verir ki, Litva Milli Radio və Televiziyasının (LRT) xəbərinə görə, prezident Gitanas Nauseda Ukraynanın paytaxtı Kiyevdə sözügedən bəyanatlarla çıxış edib.

“Ölümü təsdiqlənsə belə çox şey dəyişməyəcək” deyə Nauseda qeyd edib.

Vaqnerin muzdlularının məqsədlərindən birinin bölgədə sabitliyi pozmaq və təxribatlar təşkil etmək olduğunu ifadə edən Nauseda “Priqojinin ölümünün bizi sakitləşdirdiyini və ya təhlükəsizlik vəziyyətini yaxşılaşdırdığını düşünməməliyik” açıqlamasını səsləndirib.

NOCOMMENT.AZ