Litva səfiri Gürcüstan XİN-ə çağırılıbbackend

Litva səfiri Gürcüstan XİN-ə çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Gürcüstan Xarici İşlər Nazirliyi Litvanın Tbilisidəki səfiri Andrius Kalindranı çağırıb və ona Vilnüsun Tbilisinin daxili işlərinə qarışması barədə məlumat verilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Gürcüstan tərəfi səfirə izah edib ki, Litva rəsmiləri tərəfindən verilən bəyanatlar… ölkənin daxili işlərinə kobud müdaxilədir”, – bəyanatda deyilir.

Gürcüstan nazirliyi Litvanın xarici işlər naziri Qabrielius Landsbergisin Tbilisidə keçirilən etiraz aksiyasında iştirakına və xarici agentlər haqqında qanunun qəbulu ilə əlaqədar Gürcüstan səfirinin Litva Xarici İşlər Nazirliyinə çağırılmasına da diqqət çəkib.

Gürcüstan Xarici İşlər Nazirliyi qeyd edib ki, Vilnüsün bu hərəkətləri iki dövlət arasında ənənəvi olaraq mövcud olan dostluq və tərəfdaşlıq münasibətlərinə uyğun gəlmir.