Litva Seyminin (parlamentinin) sədri Saulius Skvernelis tutduğu vəzifədən azad edilməsi ilə bağlı vəsatət verib.
NOCOMMENT.az bildirir ki, bu barədə “Delfi” portalı məlumat yayıb.
Parlamentarilərin sentyabrın 10-da payız sessiyasının ilk iclasında spikerin istefası ilə bağlı qərar verəcəyi gözlənilir.
Bundan əvvəl “Demokratlar Litva Naminə” hakim koalisiya partiyasının sədri olan Skvernelis qanunvericilik assambleyasının payız sessiyasının əvvəlində vəzifəsini tərk edəcəyinə söz vermişdi. Litvanın hakim Sosial Demokrat Partiyası spikerin rəhbərlik etdiyi partiyanı yeni yaradılan koalisiyaya dəvət etməyib. İyulun 31-də korrupsiyada şübhəli bilinən sosial-demokrat baş nazir Gintautas Paluckasın istefasından sonra hakim çoxluğun islahatı məsələsi gündəmə gəlib.