Litva Ukraynaya ölümcül silahların ixracına hazırdırbackend

Litva Ukraynaya ölümcül silahların ixracına hazırdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Ukraynanı bütün vasitələrlə, o cümlədən öldürücü silahların ixracı ilə dəstəkləməyə hazırdır.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, bunu Litvanın Müdafiə Nazirliyinin rəhbəri Arvidas Anuşauskas bildirib.

“Diplomatiya o zaman uğurlu olacaq ki, ölkə öz suverenliyini müdafiə etmək və təmin etmək üçün bütün vasitələrə malik olsun. Ukraynaya hər vasitə ilə dəstək vermək lazımdır, Litva buna hazırdır, o cümlədən Ukraynaya öldürücü silahlar ixrac etməklə”.

Müdafiə naziri Litvanın Ukraynaya hansı silah növlərini təhvil verəcəyini dəqiqləşdirməyib.