Litva və ABŞ Baltik dənizində HIMARS zərbəsi endiribbackend

Litva və ABŞ Baltik dənizində HIMARS zərbəsi endirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva və ABŞ orduları HIMARS reaktiv yaylım atəş sistemi ilə Baltik dənizindəki hədəflərə zərbələr endirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Litva ordusunun komandanı, general Raymundas Vaykşnoras məlumat verib.

Nəşr qeyd edir ki, canlı atəşli təlim Litvanın qərbində, Baltik dənizi sahillərində Baltik Əməliyyatları 2025 təlimi çərçivəsində baş tutub. Təlimlərin iyunun 25-dək davam etməsi planlaşdırılır.

“Müttəfiqlərlə əməkdaşlıqda döyüş sistemlərinə səmərəli nəzarət və şəxsi heyətin hərəkətlərinin koordinasiyası tətbiq olunur”, – deyə o vurğulayıb.