Litvada binaların və avtomobillərin üzərində Z hərfinin görünməsi ilə bağlı araşdırma başlayıb.backend

Litvada binaların və avtomobillərin üzərində Z hərfinin görünməsi ilə bağlı araşdırma başlayıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litvanın hüquq-mühafizə orqanları Klaypeda şəhərində bəzi binaların və avtomobillərin üzərində Z hərfinin görünməsi barədə məlumat aldıqdan sonra ibtidai istintaqa başlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ERR respublika polisinə istinadən məlumat yayıb.

Jurnalistlərin sözlərinə görə, Viture küçəsi və Taikos prospektindəki bir sıra binalarda Z hərfi olması barədə yerli sakinlər hüquq-mühafizə orqanlarına məlumat veriblər. Şikayətlər sentyabrın 7-dən gəlməyə başlayıb.

Xüsusilə, yaşayış binalarında və apteklərdən birinin pəncərələrində Z hərfi görünüb, üç avtomobildə və reklam lövhələrində də diqqət çəkib. Bundan əlavə, Turqaus küçəsində daha bir neçə hərf kimi simvollar tapılıb. İşarələr məlumat lövhələrindən birində və hətta “kilsənin zəngində” vurulmuşdu.

Bununla əlaqədar Litvanın hüquq-mühafizə orqanlarının əməkdaşları ictimai asayişin pozulması ilə bağlı araşdırmalara başlayıblar.

Respublikada mövcud qanunvericiliyə əsasən, Z və V hərflərinin nümayişinə görə ölkə sakinləri inzibati məsuliyyət və cərimə ilə üzləşirlər.