Litva hökuməti bütün ölkə ərazisində fövqəladə vəziyyət rejimi elan edib. Bu, güclü yağışlar səbəbindən əkin sahələrinin yarısından çoxunun məhv olması ilə əlaqədardır.
NOCOMMENT.az xəbər verir ki, məlumat hökumətin rəsmi saytında verilib.
Hökumətin açıqlamasına görə, “bitkilərin aktiv vegetasiya dövründə uzunmüddətli yağışlar nəticəsində yaranmış təbii meteoroloji hadisə ilə əlaqədar ölkə üzrə dövlət səviyyəli fövqəladə vəziyyət rejimi tətbiq edilib”.
Hökumət bildirib ki, yağışlar məhsulun 50–70%-ni zədələyib və ya məhv edib. Çoxsaylı bölgələrdə fermerlər su basmış sahələrə daxil ola bilmədikləri üçün məhsulu yığa bilmirlər.
Fövqəladə vəziyyət elan edildikdən sonra fermerlərə zərərin ödənilməsi üçün müraciət etmək imkanı yaradılacaq.