NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Litva parlamenti prezident seçkilərinin 2024-cü ilin yazında təyin edilməsi haqqında qərar qəbul edə bilər.Qanunverici orqandan verilən məlumata görə, müvafiq layihə spiker Viktoriya Çmilite-Nielsen tərəfindən təklif edilib.
“Prezident seçkilərinin 2024-cü il mayın 12-də keçirilməsi təklif olunur. Səsvermənin keçirilmə tarixini konstitusiyaya əsasən Seym təyin edir”, – deyə məlumatda bildirilir.
Litva parlamentli respublikadır, ona görə də ölkədə prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhduddur. Hazırda bu vəzifəyə dörd namizəd var – Litva ordusunun keçmiş komandanı, istefada olan general-leytenant Valdas Tutkus, Kazlu Ruda şəhərinin meri Mantas Varaşka, ölkənin keçmiş səhiyyə naziri Aureliyus Veriqa və hazırkı baş nazir İnqrida Şimonite.