Litvadan NATO-ya ÇAĞIRIŞ: Ukrayna ərazilərini yalnız belə azad edə bilərbackend

Litvadan NATO-ya ÇAĞIRIŞ: Ukrayna ərazilərini yalnız belə azad edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Ukrayna Silahlı Qüvvələri öz ərazilərini NATO standartlarına uyğun silahların köməyi ilə azad edə bilər”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Litvanın xarici işlər naziri Qabrielius Landsberqis “Ukrinform”a müsahibəsində bildirib.

“Mən bu barədə dəfələrlə danışmışam və indi təkrar edirəm ki, bütün ehtiyatlarımız Ukrayna ordusu üçün açılmalıdır”, – nazir çağırış edib.

O əlavə edib ki, hazırda müxtəlif ölkələrdə ukraynalıların hərbi təlim keçdiyi platformalar var.

“Əgər mübahisə hələ də başqa yerdə davam edirsə, bu, ayıbdır, çünki o, nə qədər uzansa, müharibə də bir o qədər uzanacaq”, – o əlavə edib.

Publika.az