Livan ermənilərinin Dağlıq Qarabağa köçmülməsinin arxasındakı ilginc məqamlar – Şərhbackend

Livan ermənilərinin Dağlıq Qarabağa köçmülməsinin arxasındakı ilginc məqamlar – Şərh

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanın paytaxtı Beyrut şəhərində baş vermiş partlayışdan sonra orada yaşayan ermənilərin Dağlıq Qarabağa köçürülməsi İrəvan tərəfindən yenidən gündəmə gətirildi. Bu, ilk belə hal deyil. Zaman-zaman Ermənistan bu faktordan istifadə edib. Suriya ərazisində vətəndaş müharibəsi alovlanan kimi erməni ailələrin işğal olunmuş ərazilərimizə köçürüldüyünün şahidi olduq. Ermənistan tərəfi beynəlxalq hüququn bütün tələblərini kobud şəkildə pozdu. Amma bu ölkəyə qaşın üstündə gözün var deyən olmadı.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında politoloq Tural Əliyev bildirib.

Politoloq qeyd edib ki, ermənilərin saxta soyqırımı iddiaları ilə onların 1915-ci ildə Livan və Suriyaya köçürülməsi faktları arasında ziddiyətlər var: “Əgər kütləvi qırğın olubsa, bugünkü ermənilər necə həmin ərazilərdə formalaşıblar?! Digər bir məsələ isə ermənilərin sayla bağlı tarixi faktları da saxtlaşdırmasıdır. Həmin dövrdə Osmanlıda yaşayan ermənilər başqa dövlətlərin alətlərinə çevrildi və onların köçürülməsi labüdləşdi. Ona görə də burada hər hansı kütləvi qırğından söhbət gedə bilməz. Eyni zamanda Osmanlı imperiyası erməniləri başqa dövlətin ərazisinə köçürmədi. Livan və Suriya o zaman Osmanlının tərkibində idi. Osmanlı da birinci dünya müharibəsindən sonra bu əraziləri Fransanın mandatlığına verdi”.

Siyasi şərhçiyə görə, hazırda Livan əhalisinin 4 faizini təşkil edən ermənilər siyasi və iqtisadi sahədə çox aktivdir: “Livanda Daşnaksütun partiyası rəsmi olaraq hər seçkidə parlamentdə təmsil olunur. Hnçaq və Armenakan partiyaları da Livan ictimasi-siyasi həyatında fəallıq göstərirlər. ASALA terror təşikatının mərkəzi Livanda olub. 1975-1990-cı illərdəki vətəndaş müharibəsi zamanı da bir neçə erməni terror təşkilatları yaradılıb”.

Tural Əliyev bildirib ki, Ermənistan demoqrafik vəziyyəti öz xeyirinə dəyişmək üçün Qarabağa Livandan erməni ailələrini köçürür: “Ermənilər Dağlıq Qarabağa köçməkdə maraqlı deyillər, həm də qorxurlar. Müharibə hələ bitməyib. Tovuzdakı eskalasiya da sübut etdi ki, hər an geniş miqyaslı müharibə alovlana bilər. Livandakı partlayışdan istifadə edən Ermənistan höküməti guya milli təəssübkeşlik hissi ilə çıxış edir. Humanitar yardım pərdəsi altında erməniləri Dağlıq Qarabağa yerləşdirir. O ermənilər ki, sosial baxımından aşağı təbəqədə təmsil olunurlar. Evini-eşiyini itirən ermənilərə, torpaq, şəxsi təsərrüfat və ev vəd edirlər. Paralel olaraq Ermənistan gələcəkdə onları yerli əhali kimi təqdim etməklə demoqrafik xəritəni öz xeyirlərinə dəyişmək istəyirlər”.

Politoloq əlavə edib ki, münqaişə ilə bağlı yekun sülh bağlanmayıb və müharibə riski gün keçdikcə daha da artır: “Cəbhədə vəziyyət gərginlişsə, Azərbaycan öz torpaqlarını hərbi yolla azat edəcək”.