Livan “Hizbullah”ı İsrailin pilotsuz təyyarəsini məhv etdibackend

Livan “Hizbullah”ı İsrailin pilotsuz təyyarəsini məhv etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Şiə “Hizbullah” hərəkatı Livan üzərində İsrailə məxsus Hermes 450 pilotsuz uçuş aparatını yer-hava raketi ilə vurduğunu bildirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.

Agentliyin məlumatına görə, İrana bağlı qrup son həftələr ərzində bir neçə pilotsuz uçan aparatı vurub və ya nəzarəti ələ keçirib.

İsrail Müdafiə Qüvvələri (IDF) vurulan pilotsuz təyyarə ilə bağlı məlumatı təsdiqləyib.

Pilotsuz təyyarə İsrailin-Livan sərhədinə düşüb.