Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edirbackend

Livan Prezidenti İsrail qoşunlarının ölkədən tam çıxarılmasını tələb edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail qoşunları Livanın cənubundakı son məntəqələrdən geri çəkilərək bu ölkənin ərazisini tərk etməlidir.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bunu Livan Prezidenti Cozef Aun deyib.

Məlumata görə, Aun ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Vals ilə söhbətində İsrail və “Hizbullah” hərəkatı arasında atəşkəs razılaşmasının tamamlanmasının, həmçinin 2006-cı ildə İsrail-Livan müharibəsinə son qoyan BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinin icrasının zəruriliyini bildirib.

Bundan əlavə, Livan lideri İsraildə həbsdə olan ölkə vətəndaşlarının azad edilməsinə çağırıb.

Xatırladaq ki, 2024-cü ilin noyabrında İsrail ordusu və “Hizbullah” atəşkəs sazişi bağlayaraq hərbi əməliyyatları dayandırıb və buna əsasən İsrail ordusu Livan ərazisindən mərhələli şəkildə geri çəkiləcək, ölkənin cənubundakı mövqelərini Livan hərbçilərinə təhvil verəcək.