Livanda dəhşətli partlayış – Ölən və yaralananlar var – VİDEO – YENİLƏNİBbackend

Livanda dəhşətli partlayış – Ölən və yaralananlar var – VİDEO – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beyrutda baş verən  partlayış zamanı ölənlərin sayı artmaqda davam edir.

NOCOMMENT.az xəbər verir ki, “Al Jazeera”-nın “Twitter”də verdiyi məlumata görə partlayışdan həyatnı itirənlərin sayı 40-a çatıb.

Məlumata görə hadisə zamanı 2 200-dən çox insanın xəsarət alıb.

*** 21:13

Beyrutda ard-arda baş verən iki partlayışda azı 10 nəfərin öldüyü bildirilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb. Təhlükəsizlik orqanlarının verdiyi məlumata görə, tibb müəssisəsinə 10 meyit gətirilib. Partlayış zamanı yüzlərlə insanın xəsarət aldığı da bildirilir.

*** 20:50

Beyrutda baş verən ard-arda iki partlayışda azı 6 nəfər ölüb.

NOCOMMENT.az xəbər verir ki, “Al Arabiya”-nın yaydığı məlumata görə güclü partlayışın səsi hətta Kiprdə belə eşidilib.

*** 20:30

Livanın paytaxtı Beyrutda yerləşən dəniz limanında dəhşətli partlayış baş verib.

NOCOMMENT.az xəbər verir ki, hadisə nəticəsində səmada böyük qara tüstü ortaya çıxıb.

Partlayışın əhatəsi 10 km uzaqlıqdan hiss edilib və binaların şüşələri dağılıb. Çox sayda ölən və yaralılar var.