Livanda etiraz aksiyaları yatırıldı, minədək insan yaralandıbackend

Livanda etiraz aksiyaları yatırıldı, minədək insan yaralandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livanda hərbçilər nümayişçiləri İqtisadiyyat, Xarici İşlər və Energetika nazirliklərinin binalarından çıxararaq həmin ərazidən uzaqlaşdırıblar.

NOCOMMENT xəbər verir ki, hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında baş verən toqquşmalarda 728 nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb, bir polis əməkdaşı həlak olub. Yaralıların 70-i hüquq mühafizə orqanlarının əməkdaşlarıdır.

Eyni zamanda polis nümayişlərdə iştirak edən 19 nəfəri saxlayıb.

Qeyd olunub ki, hazırda ölkənin paytaxtı Beyrutda başlayan iğtişaşların qarşısı alınıb və şəhərdə toqquşma müşahidə edilmir.