Livandan hücum nəticəsində İsrail ordusunun qərargahına ciddi ziyan dəyibbackend

Livandan hücum nəticəsində İsrail ordusunun qərargahına ciddi ziyan dəyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Livandan İsrailin şimalına endirilən raket hücumu nəticəsində İsrail ordusunun qərargahına ciddi ziyan dəyib.

NOCOMMENT.az xəbər verir ki, İsrail Ordu Radiosunun məlumatına görə, Livan İsrailin şimalına raket zərbəsi endirilib.

Hücum nəticəsində hərbi qərargaha böyük ziyan dəyib.

Ordu Radiosu həmçinin “Livandan İsrailə çatan partlayıcı yüklü pilotsuz uçuş aparatlarının açıq ərazilərə düşdüyünü” bildirib.

İlkin təsbitlərə görə ölən və yaralanan olmadığı bildirilərkən, hücumlara cavab olaraq İsrail ordusunun Livanın cənub bölgələrinə artilleriya atəşi açdığı qeyd edilib.

Hücumlardan sonra İsrailin şimalında, Livan sərhədinə yaxın Kiryat Şmona bölgəsində xəbərdarlıq sirenləri işə düşüb.