Livandan İsrail ərazisinə 200-ə yaxın raket atılıbbackend

Livandan İsrail ərazisinə 200-ə yaxın raket atılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail şənbə günü Livandan yəhudi dövlətinə 200 mərmi və raket atdığını qeyd edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə İDF-nin mətbuat xidməti məlumat yayıb.

Bəyanatda deyilir: “Ordu İsraili və xalqını “Hizbullah”ın təhdidlərindən qorumağa davam edəcək”.

Oktyabrın 19-da İDF 100 ton partlayıcıdan istifadə edərək şiə “Hizbullah” hərəkatının 50-dən çox yeraltı tunel şəbəkəsini tamamilə məhv etdiyini bildirib.

Həmin gün İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanda şiə “Hizbullah” hərəkatının obyektləri və tərəfdarlarının yaşadığı Beyrutun cənub kənarlarına hücum edib.