Livanın paytaxtı Beyrutda ermənilərin yaşadığı Burj Hammud məhəlləsində yük maşını sürücüsü Tayar Ökden hücuma məruz qalıb və döyülüb.
NOCOMMENT.az xəbər verir ki, sürücünün üzərinə boya tökülərkən onun maşınına Türkiyə ünvanına təhqiramiz ifadələr yazıblar.
Gecə saatlarında Burç Hammudda bir iş yerini boşaltdıqdan sonra 52 yaşlı Ökden məhəllədən çıxmaq istəyərkən tıxacda qalıb və bir qrup tərəfindən qarşısını kəsilib.
Erməni olduqlarını bildirən 20 nəfərə yaxın qrup Ökdeni döyərək üzərinə boya töküblər. Camaat yük maşınının üzərində “Türkkan” yazısı olan brezenti cırıb, maşının şüşələrini sındırıb və ingilis dilində Türkiyə ünvanına təhqirlər yazıb.
Bıçaqla maşının təkərlərini də deşən camaat yük maşınının üzərindəki ticarət materialları olan bağlamaları yerə ataraq təpiklə vurublar.