“Liverpul”la oyun öncəsi “Qarabağ”a ŞOKbackend

“Liverpul”la oyun öncəsi “Qarabağ”a ŞOK

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Misli Premyer Liqasının XVII turunda “Kəpəz” son Azərbaycan çempionu “Qarabağ”ı məğlub edib.

NOCOMMENT.az “Azərsun Arena”da baş tutan görüş Gəncə təmsilçisinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

24-cü dəqiqədə Ryonosuke Ohori hesabı açıb. Matçın 55-ci dəqiqəsində Ehtiram Şahverdiyev fərqi 2 topa çatdırıb.

Beləliklə xallarının sayını 12-yə çatdıran Gəncə klubu turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib. “Qarabağ” isə 36 xalla ikincidir.

Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində “İmişli” “Araz-Naxçıvan”la (2:2), “Neftçi” isə “Zirə” (0:0) ilə heç-heçə edib.

XVII tura yanvarın 25-də yekun vurulacaq. (Oxu.Az)