Liviya Fransa haqqında FƏTVA VERDİbackend

Liviya Fransa haqqında FƏTVA VERDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviya Fətva Qurumu Fransaya qarşı fətva verib.

NOCOMMENT-in publika.az-a istinadən məlumatına görə, fətvada Fransa məhsullarının boykot edilməsinin hər bir müsəlmanın vəzifəsi olduğu bildirilib.

“Tacir və ya istehlakçı fərqi olmadan bütün Fransa məhsullarından tamamilə imtina etmək hər müsəlmanın dini vəzifəsidir. Fransa məhsullarının alternativlərindən istifadə etmək tövsiyə olunur. Alternativi yoxdursa, Məhəmməd peyğəmbərə duyulan sevgi müsəlmanlar üçün canları və mallarından daha dəyərli olduğundan bu yoxluğa səbr edilməlidir”, – deyə qərarda qeyd olunub.

Açıqlamada İslam ölkələrinin hökumətlərindən Fransa ilə iqtisadi əməkdaşlıqları dayandırmaları istənilib.

Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makronun İslam və Məhəmməd peyğəmbərə qarşı radikal çıxışları İslam dünyasının nifrətinə səbəb olub.