Liviya ordusu Tripolinin cәnubundakı bölgәlәri nәzarәtinә keçiribbackend

Liviya ordusu Tripolinin cәnubundakı bölgәlәri nәzarәtinә keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviya ordusu paytaxt Tripolinin cәnubundakı Ayn Zara vә Vadi әr-Rebi bölgәlәrini ölkәnin şimalındakı qeyri-qanuni silahlı qüvvәlәrin lideri Xәlifә Hafterә sadiq silahlılardan tәmizlәdiyini vә hәmin bölgәlәri nәzarәtinә keçirdiyini açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, bu barәdә Liviya ordusunun sözçüsü Mәhәmmәd Kununu mәlumat verib.

Liviya Baş naziri Fayiz Sәrrac Xәlifә Hafter sıralarındakı qüvvәlәrә tәrksilah etmәlәri ilә bağlı çağırış edib.

Tәxminәn bir il әvvәl paytaxta hücum etmәk üçün göstәiş verәn Hafterә sadiq silahlılar son dövrdә çox sayda itki verir.

Liviya ordusu dünәn Tripoli Beynәlxalq Hava Limanını nәzarәtinә keçirdiyini açıqlamışdı.

Qeyd edәk ki, Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan bu gün Liviya Baş naziri Fayiz Sәrrac ilә Prezident İqamәtgahında görüşәcәk.

TRT Azərbaycan