Liviyada daşqınlar nəticəsində ölənlərin sayı artıbbackend

Liviyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Liviyanın şərqində Orta Aralıq dənizində təsirli olan “Daniel” fırtınasının yaratdığı sel fəlakətində həyatını itirənlərin sayı 5 min 200-ü keçib. Liviyadakı Benqazi hökumət rəsmisi Dernanın yüzdə 25-nin məhv edildiyini açıqlayıb, itkin düşənlərin sayının 10 minə çatdığı bildirilib.

NOCOMMENT.az xəbər verir ki, Yunanıstanda fəlakətə səbəb olan “Daniel” qasırğası Liviyaya da dağıntılar gətirib. Liviyanın şərqinə təsir edən sel fəlakətində sahilyanı Suse şəhərində 50 ailənin itdiyi bildirilib.

Liviya mətbuatında yer alan xəbərə görə, Sus şəhərinin meri Vail Berik şəhərdəki son vəziyyətlə bağlı açıqlama verib. Berik xilasetmə qrupu ilə bir neçə məhəlləni gəzdiklərini, bəlkə sağ qalan ola biləcəyini, ancaq səs eşitmədiklərini bildirib. Berik onu da əlavə edib ki, indiyə qədər heç bir təşkilatın komandası axtarış-xilasetmə və yardım üçün Suseyə çatmayıb.

Liviyanın baş naziri Dibeybe seldən zərər çəkmiş ərazilərə beynəlxalq yardım çağırıb. Bildirilib ki, fırtınadan ən çox Cəbəl əl-Əhdar və Tukra bölgələri zərər çəkib. Ölkənin şərqində şəhər və kəndləri birləşdirən bir çox yol və körpünün dağıldığı və bu vəziyyətin təbii fəlakətdən zərər çəkmiş şəhərlərə yardımların çatdırılmasına mane olduğunu bildirilib.

Qeyd edək ki, Seldən ən çox zərər çəkən rayonlardan biri olan Dərnə şəhərində yol və körpü şəbəkəsinin tamamilə dağıldığı, onların yenidən qurulması üçün 300 milyon dinara (təxminən 67 milyon dollar) ehtiyac olduğunu bildirilib