Rusiya, Rosatom və Beynəlxalq Atom Enerjisi Agentliyi arasında əməkdaşlıq inkişaf edir.
NOCOMMENT.az bildirir ki, bu barədə Ümumdünya Atom Həftəsi beynəlxalq forumunu açan dövlət korporasiyasının baş direktoru Aleksey Lixaçev bildirib.
“Biz başa düşürük ki, MAQATE Baş Şurasının bütün üzvləri cənab [Rafael] Qrossi (agentliyin rəhbəri – TASS) ilə əlaqələrimizi dəstəkləmir. Lakin bu təzyiqlərə baxmayaraq, Rusiya, Rosatom və MAQATE arasında əməkdaşlıq getdikcə inkişaf edir”, – Lixaçev bildirib. O, həmçinin Ümumdünya Nüvə Assosiasiyası (WNA) ilə sıx əməkdaşlığın da davam etdiyini və WNA-nın baş direktoru Sam Bilbao y Leonun bunun üçün böyük rəğbətə layiq olduğunu qeyd edib.