Lloyd Ostin Ukraynaya hərbi yardım göstərən donor ölkələrin toplantısı keçirəcəkbackend

Lloyd Ostin Ukraynaya hərbi yardım göstərən donor ölkələrin toplantısı keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İyunun 13-də Pentaqonun rəhbəri Lloyd Ostin Ukraynaya hərbi yardım göstərən ölkələrin aylıq toplantısını keçirəcək.

NOCOMMENT.az xəbər verir ki, bunu ABŞ Müdafiə Nazirliyinin sözçüsü Patrik Rayder bildirib.

Rayderin sözlərinə görə, Ostin və ABŞ Baş Qərargah Rəisləri Komitəsinin rəhbəri Çarli Braun Ukraynada davam edən böhranı və Kiyevə hərbi dəstəyi müzakirə etmək üçün Brüsseldə 50-yə yaxın ölkənin müdafiə nazirlərinə və generallarına qoşulacaqlar.

İclas iştirakçıları Ukraynaya hava hücumundan müdafiə sistemlərinin tədarükü məsələsini müzakirə edəcəklər. Ukrayna və onu dəstəkləyən koalisiya ölkələrində hərbi sənayenin inkişafı da nəzərdən keçiriləcək.