Londonda avtomobil baş nazirlik binasının giriş qapısına çırpıldıbackend

Londonda avtomobil baş nazirlik binasının giriş qapısına çırpıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya baş nazirinin binası və iqamətgahının yerləşdiyi 10 nömrəli binanın qarşısında avtomobil şlaqbaumlara və əsas darvazaya çırpılıb.

NOCOMMENT.az xəbər verir ki, Britaniya polisi açıqlamada yerli vaxtla saat 16:20 radələrində avtomobilin 10 nömrəli baş nazirlik binasının qarşısındakı əsas qapılara çırpıldığını bildirib.

Açıqlamada hadisədən sonra polisin bir nəfərin cinayət törətmək və təhlükəli avtomobil idarə etmək ittihamı ilə saxladığı qeyd edib.

Xəsarət alan olmadığı bildirilən açıqlamada istintaqın davam etdiyi açıqlanıb.

NOCOMMENT.AZ