Londonda keçiriləcək danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibi açıqlanıbbackend

Londonda keçiriləcək danışıqlarda iştirak edəcək Ukrayna nümayəndə heyətinin tərkibi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Londonda keçiriləcək danışıqlarda Ukrayna nümayəndə heyətinə Ukrayna prezidentinin aparatının rəhbəri Andrey Yermak rəhbərlik edəcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə RBC-Ukrayna agentliyi mənbəyə istinadən məlumat yayıb.

“Ukrayna nümayəndə heyətinə OP rəhbəri Andrey Yermak, müdafiə naziri Rustem Umerov, xarici işlər naziri Andrey Sibiqa və OP rəhbərinin müavini Pavlo Palisa daxil olacaq”, – məlumatda deyilir.

Bir neçə saat əvvəl Ali Radanın deputatı Aleksey Qonçarenko Vaşinqton, Kiyev və Avropa ölkələrinin nümayəndələrinin iştirakı ilə aprelin 22-də Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqlara başlanılacağını bildirib. Onun sözlərinə görə, məsləhətləşmələr Londonda baş tutacaq.