Londonda mənzillərin əlçatmaz QİYMƏTLƏRİ – Kəskin bahalaşmaya SƏBƏB NƏDİR?backend

Londonda mənzillərin əlçatmaz QİYMƏTLƏRİ – Kəskin bahalaşmaya SƏBƏB NƏDİR?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyanın “Halifax” şirkəti tərəfindən hazırlanan məlumatlara əsasən, oktyabrda bu ölkədə ev qiymətləri bir qədər də artaraq orta hesabla 294 min funt sterlinq (646 min manat) olub.

NOCOMMENT.az xəbər verir ki, oktyabrda evlərin qiyməti illik müqayisədə 3,9 faiz artıb.

Orta ev qiymətlərində ən sürətli artım 10,2 faizlə Şimali İrlandiyada və 5,6 faizlə Uelsdə baş verib. Ölkədə daha baha evlər Londondadır. Londonda ev bazarında orta qiymət 543 min 308 sterlinqdir (1,195 milyon manat).

Böyük Britaniyada mənzil qiymətlərinin yüksəlməsinin səbəbi ipoteka kreditləri üçün ayrılan vəsaitlərin artması ilə izah olunur. İpoteka kreditlərinin həcminin artmasına paralel olaraq faiz dərəcələrində də azalma baş verir ki, bu da qiymətlərin yüksəlməsini şərtləndirir.