Londonda minlərlə insan Fələstinə dəstək aksiyası keçiribbackend

Londonda minlərlə insan Fələstinə dəstək aksiyası keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Londonda minlərlə insan Yaxın Şərqdə atəşkəs tələbi ilə Fələstinə dəstək nümayişi keçirib. Bu barədə Sky News məlumat yayıb.

“Minlərlə etirazçı Böyük Britaniyada atəşkəs tələbi ilə küçələrə çıxıb”, – kanalın nəşri qeyd edir.

Hazırda Britaniya paytaxtının mərkəzində ölkə parlamentinin yaxınlığındakı meydana doğru minlərlə nəfərlik yürüş keçirilir, polis nümayişdə 100 minə yaxın insanın iştirakını gözləyir.

Telekanal xəbər verir ki, oxşar aksiyalar İngiltərənin digər şəhərlərində, o cümlədən Mançester və Qlazqoda da keçirilir.