Londonda özünü Consonun avtomobilinin altına atan PKK-çı saxlanılıb – FOTObackend

Londonda özünü Consonun avtomobilinin altına atan PKK-çı saxlanılıb – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

London polisi özünü Baş Nazir Boris Consonun avtomobilinin təkərləri altında atan PKK terrorçularının tərəfdarını saxlayıb.

NOCOMMENT.az türk mətbuatına istinadən xəbər verir ki, o, PKK-nın 10 tərəfdarı tərəfindən Britaniya parlamentinin binası qarşısında təşkil edilmiş etiraz aksiyasında iştirak edib. Boris Consonun avtomobili parlamentdən uzaqlaşanda kişi özünü avtomobilin təkərləri altına atıb.

Bu zaman Consonun xidməti avtomobilinin sürücüsü qəfil əyləci basıb, nəticədə baş nazirin xidməti avtomobili ilə mühafizəçi kolonun avtomobili arasında qəza təhlükəsi yaranıb. Britaniya polisi terrorçuların tərəfdarını saxlayıb və parlament binasının daxilindəki bölməyə aparıb. Ölkə hakimiyyəti hadisə zamanı Consonun avtomobildə olduğunu təsdiqləyib.

PKK 2011-ci ildən Böyük Britaniyada terror təşkilatlarının siyahısına daxil edilib. Krallığın qanunlarına görə terror təşkilatına üzvlüyə görə azadlıqdan 10 il müddətinə məhrumetmə cəzası nəzərdə tutulur.