Londonda soydaşlarımız etiraz aksiyası keçirir – CANLI YAYIMbackend

Londonda soydaşlarımız etiraz aksiyası keçirir – CANLI YAYIM

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniyada yaşayan azərbaycanlılar erməni təcavüzünə qarşı Londonda etiraz aksiyası keçirirlər.

NOCOMMENTxəbər verir ki, bu barədə məlumat Diasporla İş üzrə Dövlət Komitəsindən verilib. Aksiya BBC-nin qərargahının qarşısında başlayıb. İştirakçılar parlament binasının önünə yürüş ediblər. Onlar “erməni işğalına son”, “Azərbaycan”, “Qarabağ bizimdir, bizim olacaq”, “Qarabağa ədalət”, “Biz sülh istəyirik” kimi şüarlar səsləndirirlər. Onlar şəhidlərin fotoları olan plakatlar da tutublar.

Polis aksiya iştirakçılarını müşayiət edir. Mitinq zamanı əraziyə gələn bir qrup erməni təxribata əl atmağa da çalışıb. London polisinin müdaxiləsi nəticəsində insident baş verməsinə yol verilməyib.

Britaniyada yaşayan Azərbaycanlılar erməni təcavüzünə qarşı “BBC”nin qarşısında aksiya keçirdirlər. İştirakçılar daha sonra Parlamentə doğru yürüyüş edəcəklərErmənilər Londonda növbəti dəfə təxribat törədiblər

Gepostet von APA am Dienstag, 28. Juli 2020