Londonun hava limanında oğrular 21 nəfərə xəsarət yetiribbackend

Londonun hava limanında oğrular 21 nəfərə xəsarət yetirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlər Londonun Hitrou hava limanında çamadan oğurluğuna cəhd zamanı avtomobil parkında bibər qazından istifadə edilən insident zamanı yaralanan 21 nəfərə tibbi yardım göstəriblər.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Skotland-Yardın bəyanatında deyilir.

Polisin məlumatına görə, xəsarət alanlar arasında üç yaşlı qız da var. Beş nəfər əlavə müayinə üçün xəstəxanaya aparılıb; onların həyatları təhlükədə deyil.

“İlkin məlumata görə, 4 nəfərdən ibarət qrup bir qadının çamadanını oğurlayaraq, ona bibər qazı olduğu ehtimal edilən maddə çiləyib. Hadisə avtomobil parkındakı liftin içərisində baş verib, nəticədə liftdə və ətrafında olanlar xəsarət alıb”, – Skotland-Yardın sözçüsü Peter Stevens bildirib.

Hüquq-mühafizə orqanları araşdırma aparır. Hadisədə əli olmaqda şübhəli bilinən 31 yaşlı kişi saxlanılıb.