Los Ancelesdə iğtişaşlar baş verərkən Kaliforniya qubernatoru heç nə etmədibackend

Los Ancelesdə iğtişaşlar baş verərkən Kaliforniya qubernatoru heç nə etmədi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev Kaliforniya qubernatoru, demokrat Gavin Newsom-un ABŞ prezidenti, respublikaçı Donald Trampın qeyri-qanuni mühacirləri həbs etməklə ştatda böhrana səbəb olması ilə bağlı açıqlamalarını rədd edib.

NOCOMMENT.az Ağ Evin mətbuat katibi Caroline Leavitt, Kaliforniya qubernatorunun Trampa qarşı ittihamlarını şərh edərkən, “Los-Ancelesdə şiddətli iğtişaşlar yaşandığı müddətdə Gavin Newsom heç nə etmədi” dedi.

“Federal hüquq-mühafizə orqanlarının əməkdaşları radikallar və xarici bayraqlar dalğalandıran cinayətkarlar tərəfindən hücuma məruz qalıblar, çünki qubernator Newsom şəhəri qorumaq üçün çox zəif idi. LAPD rəhbəri hətta iğtişaşların nəzarətdən çıxdığını deyib”, – Leavitt bildirib. O, “Prezident Trump qanunu və asayişi qorumaq və federal obyektləri qorumaq üçün işə başladı” dedi.