Lotu Qulinin dəstəsinə bu şəxs başçılıq edəcək – FOTObackend

Lotu Qulinin dəstəsinə bu şəxs başçılıq edəcək – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbycanlı qanuni oğru Nadir Səlifovun (Lotu Quli) Türkiyədə qətli cinayət aləmində ciddi boşluq yaradıb.

NOCOMMENT modern.az-a istinadən xəbər verir ki, mərhum kriminal liderin mirasına iddiaçılar arasında 36 yaşlı Maxar Qvaramiya (Matsi) və Ded Xasannın klanına daxil olmuş 63 yaşlı qanuni oğru Merab Mzarelua (Duyaka) üz-üzə gəlmişdi.

Gürcü oğrular biri-birini Lotu Quliyə xəyantdə ittiham edirdilər. Son məlumata görə, Lotu Qulinin qardaşı Namiq Səlifov onları bir yerə toplayaraq barışdırıb. Bu, Lotu Qulinin imperiyasına məhz Namiq Səilofun başçılıq edəcəyindən xəbər verir.

“Hakim kimi çıxış etmək və oğruları barışdırmaq böyük nüfuzun göstəricisidir. Əslində Namiq Səlifovun uğurlu vasitəçilik missiyası onun qardaşının klanına başçılıq etdiyini və hakimiyyəti nə Matsitə, nə də Mzareluaya verməyəcəyindən xəbər verir”.

Sonda xatırladaq ki, Lotu Quli avqustun 19-da Antalyada qətlə yetirilib. Onu kriminal liderin yaxın çevrəsinə daxilı olan Xaqan Zeynalov (Xan Bakinski) qətlə yetirib.